Dünən başlayan yanğın bu gün söndürüldü
Bizi izləyin

Hadisə

Dünən başlayan yanğın bu gün söndürüldü

İyulun 30-da Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında başlamış yanğın bu gün saat 14 radələrində söndürülüb.

Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasının səyi nəticəsində söndürülüb.

Yanğın nəticəsində 1,5 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.Hazırda yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

Xatırladaq ki, ilkin ehtimala görə yanğının baş verməsinə səbəb avtomobildən atılan siqaret kötüyü olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və xalqımızın milli sərvəti olan meşələrimizi qorumağa çağırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm