Dünya
KQB agentinin İngiltərənin hazırkı baş nazirinə təklifi - MƏXFİ
SSRİ dönəmində KQB-nin Böyük Britaniyanın indiki baş
naziri Devid Kamerona agentlik etmək təklifi etdiyi məsələsi
yenidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, bu barədə Kameron ilk
dəfə 2006-cı ildə BBC-yə müsahibəsində danışmışdı.
Onun sözlərinə görə, 19 yaşı olanda bir dostu ilə indi Rusiyanın
nəzarətində olan Krımın Yalta sahillərində dincəlirmişlər: “Həmin
vaxt iki rus bizimlə münasibət qurmağa başladılar. Əla ingilis
dilində danışırdılar. Bizi lüks restoranlardan birinə
apardılar”.
D. Kameron Böyük Britaniyanın baş naziri kimi 2011-ci ildə Rusiyaya
səfər edərkən o vaxt prezident olan Dmitri Medvedevə bu xatirəsini
danışmışdı.
Medvedevin cavabı isə olduqca maraqlı idi: “Səndən yaxşı KQB agenti
çıxarmış”.
Rusiyanın “Komsomolskaya Pravda” qəzeti bu məsələyə qayıdaraq
yazır: “O vaxt Kameron və dostuna yaxınlaşan ruslar KQB agenti yox,
tacirlər idi. Çünki həmin vaxt SSRİ-yə xaricdən heç bir mal
gəlmirdi. Əldə olunan xarici malları, xüsusilə paltarları çox baha
qiymətə satmaq olurdu. Həmin rusların da məqsədi bu olub”.
Kəşfiyyat qurumları üzrə ekspert, rusiyalı tarixçi Gennadi Sokolov
da məsələyə münasibət bildirib.
“Əgər KQB o dövrdə adi bir adam olan 19 yaşındakı Kameronla işləmək
istəyirdisə, bununla bağlı arxivlərdə hansısa sənəd olmalı idi. KQB
arxivlərində Kameronla bağlı heç bir məlumata rast gəlinməyib. KQB
heç vaxt onunla işləməyi düşünməyib”, - deyə tarixçi bildirib.
Kremlin Devid Kameronla bağlı tezisi fərqlidir. Belə ki, 19
yaşındakı bir ingilis gəncinin "Trans Sibir" ekspresi ilə Rusiyanın
bu başından o başına dolaşması çətin olardı. Tezisə görə, Kameron
İngiltərə kəşfiyyatı Mi6-nın Rusiyaya göndərdiyi stajor agent
olub.
Asif Nərimanlı
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular