Boş qalan yerlərə qəbulun nəticələri elan edildi
Bizi izləyin

Qırmızı.az

Boş qalan yerlərə qəbulun nəticələri elan edildi

2015/2016-cı tədris ili üçün rezidentura səviyyəsi üzrə boş qalan 28 plan yerinə keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 39 namizəd ərizə ilə müraciət edib. Müsabiqə nəticəsində 14 namizəd rezidentura səviyyəsinə qəbul olunub.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 3-dən 4-dək olan müddətdə Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə,Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçmə­məsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

Qəbul olanların adları TQDK-nın rəsmi saytında yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm