Dünya
Bu ərazilər İŞİD-dən alınıb azərbaycanlılara veriləcək - XƏRİTƏ
Türkiyə ilə ABŞ Suriyanın şimal-qərbindəki Azez-Cerablus
arasındakı bölgəni İŞİD-dən təmizləmək məsələsində razılığa
gəliblər.
Publika.az xəbər verir ki, “Əl-Cəzirə”nin yüksək səviyyəli
mənbələrdən əldə etdiyi məlumata görə, bunun qarşılığında İncirlik
hərbi bazası koalision güclərin üzünə açılacaq. Əsas məsələ
İŞİD-dən təmizlənəcək bölgəyə kimin yerləşdirilməsidir.
Məlumata görə, razılaşmaya görə həmin bölgəyə Suriya müxalifəti ilə
türkmanlara (Azərbaycan əsilli -red) veriləcək. Rəsmi Ankara
PKK-nın Suriya qolu olan PYD-nin bu bölgəyə təsir etmək imkanlarına
imkan verməyəcək.
Qeyd edək ki, iki gün öncə MİT rəhbərliyi ilə türkman
komandirlərinin Ankarada keçirdikləri görüşdə Türkiyənin 5 minlik
türkman ordusu yaratması haqda razılığa gəlinib.
“Yeni çağ” qəzetinin köşə yazarı Ahmet Takan isə maraqlı iddia
irəli sürüb: “Ankara Vaşinqtonla razılaşıb. Əvvəlcə terror
təşkilatlarının Türkiyəni hədəf almasının qarşısını alınacaq,
Türkiyənin daxili və sərhədləri təmizlənəcək. Daha sonra
təhlükəsizlik zonasında türkmanların mövcudluğuna zəmanət alaraq,
köç dalğasının qarşısı alınacaq. ABŞ Rusiya və İranı məmnun edəcək
vədlər verib. Həmçinin, Əsədlə razılaşıb. Bu razılaşmaya görə, Əsəd
və ailəsinin təhlükəsizliyi təmin olunacaq. Əsəd özü hakimiyyətdən
çəkiləcək və onun yerinə yeni Əsəd gələcək”.
Asif Nərimanlı
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO