Qırmızı.az
“İİV-ə testləşmə Avropa həftəsi” keçiriləcək
Avqustun 3- 10 tarixlərində “İİV-ə testləşmə milli həftəsi” keçiriləcək. Bu barədə Publika.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2013-cü ildə qoşulduğu “İİV-ə testləşmə Avropa həftəsi”nin (European testing week) müsbət təcrübə və nəticələrinə əsaslanaraq bu barədə qərar qəbul edilib.
“Testdən keç-təhlükəsiz yaşa” şuarı altında keçiriləcək bu kampaniya ölkədə İİV/QİÇS-lə mübarizənin daha da güclənilməsi, insanların öz İİV-statusunu bilməsinin təmin edilməsi, yoluxma hallarının erkən aşkarlamnası və profilaktikasının genişləndirilməsi, bu sahədə əhalinin biliklərinin artırılması, İİV-lə bağlı stiqma və diskreminasiya hallarının qarşısının alınması məqsədini daşıyır. Kampaniya tədbirlərinə əhalinin əlçatanlığının təmin olunması üçün ölkənin ayrı-ayrı bölgələrində səyyar İİV-ə müayinə məntəqələri təşkil olunacaq.
“İİV-ə testləşmə milli həftəsi” BMT-nin İİV/QİÇS üzrə birləşmiş proqramı olan UNAIDS təşkilatının 2013-cü ildə elan etdiyi “Sıfır – İİV-ə yeni yoluxmalar, Sıfr – İİV-lə bağlı damğalanma halları, Sıfır – İİV/QİÇS-dən ölum halları” strategiyası əsasında keçirilir.
Azərbaycanda ənənəvi olaraq Avropa həftəliyinin yüksək səviyyədə keçirilməsi və geniş miqyaslı profilaktik tətbirlərin səmərəliyi, 20-dən çox beynalxalq təşkilatı özündə birləşdirən “HIV in Europe” təşkilatı tərəfindən xüsusi vurğulanıb.
Gülxar
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB