Kino günü qeyd olundu-FOTOLAR
Bizi izləyin

Magazin1

Kino günü qeyd olundu-FOTOLAR

Nizami Kino Mərkəzində 2 avqust - Azərbaycan Kinosu Günü münasibətilə mərasim keçirilib. Tədbirdə tanınmış kino xadimləri iştirak edib.

Publika.az xəbər verir ki, kino işçilərinin peşə bayramı ənənəyə uyğun olaraq, yeni ekran əsərinin premyerası ilə yadda qalıb. Belə ki, Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “4.1 Şəhər motivləri” adlı kinoalmanax nümayiş olunub.

Kinoalmanax xarici ölkələrdə yaşayıb təhsil alan azərbaycanlı rejissorların çəkdikləri 5 qısametrajlı filmdən ibarətdir. Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olan kinolayihə əvvəlcə “Motivlər...” adı ilə lentə alınıb.

“4.1 şəhər motivləri” almanaxına “Qonşu qadın” (rejissor Anar Abbasov, operator Aleksey Şepilev), “20-ci mərtəbə” (rejissor Teymur İsmayılov, operator Nadir Mehdiyev), “Dmitrov küçəsi ev 86” (rejissor Cəfər Axundzadə, operator Əlişir Hamid Xocayev), “Kədərim” (rejissor Rüfət Həsənov, operator Mixail Benkin) və “Zabitin şərəfi” (rejissor Vüqar İslamzadə, operator Cabir Əliyev) qısametrajlı filmləri daxildir.
Almanaxın redaktoru Yusif Şeyxov, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir.

Layihənin quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri isə Azər Quliyevdir.

Tədbirdə bir qrup kino işçisi mükafatlandırılıb.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm