Bin Ladenin qohumları təyyarə qəzasında öldü - VİDEO/FOTO
Bizi izləyin

Dünya

Bin Ladenin qohumları təyyarə qəzasında öldü - VİDEO/FOTO

Keçmiş “Əl-Qaida” lideri Üsəma ben Ladenin qohumları təyyarə qəzasına düşüb.

Publika.az xəbər verir ki, hadisə Böyük Britaniyanın cənubunda Embraer Phenom 300 təyyarəsində baş verib. Ölənlər arasında terrorçunun ögey anası Raca Haşim, ögey bacısı Sana bin Laden və onun həyat yoldaşı Zuxair Haşim də var.

Bu barədə Amerikanın NBC News telekanalına ben Ladenlər ailəsindən məlumat verilib. Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Naif bin Abdel Əziz ölənlərin ailələrinə başsağlığı verib.

Qeyd edək ki, hadisə ötən gün baş verib. Milandan uçan layner aeroportda yerə enərkən idarəetməni itirib və maşın bazarına çırpılıb. Hadisə nəticəsində pilot və 3 sərnişin ölüb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm