10 il sonra kompüterlər saniyədə trilyon əməliyyat yerinə yetirəcək
Bizi izləyin

Texnoloji

10 il sonra kompüterlər saniyədə trilyon əməliyyat yerinə yetirəcək

ABŞ prezidenti Barak Obama 2025-ci ildə dünyanın ən sürətli kompüterini hazırlamağa səsləyən sərəncam imzalayıb.

Publika.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu superkompüter indiki liderdən 20 dəfə daha sürətli işləyəcək. Saniyədə trilyon əməliyyat yerinə yetirəcək.

Belə superkompüterin işlənməsi və quraşdırılması üçün Milli Strateji Hesablama Təşəbbüsü (“NSCI”) adlı təşkilat yaradılacaq.

ABŞ indikindən xeyli sürətli işləyən və elmi araşdırmalara kömək edən yeni superkompüterin yaradılması metodlarını axtarır.

Gözləntilərə görə, belə superkompüter daha dəqiq proqnozların tərtibi üçün hava məlumatlarını təhlil etməyə və ya rentgen şəklinin təhlili yolu ilə xərçəngi müəyyən etməyə kömək edəcək.

Xatırladaq ki, indi dünyanın ən sürətli kompüteri (“Tianhe-2”) Çinə məxsusdur. Bu superkompüter 33.86 petaflops məhsuldarlığa malikdir ki, bu da ABŞ-ın superkompüterinin göstəricisindən təxminən 2 dəfə yüksək nəticədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm