TQDK abituriyentlərə müraciət etdi: ixtisas seçimində...
Bizi izləyin

Qırmızı.az

TQDK abituriyentlərə müraciət etdi: ixtisas seçimində...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ixtisas seçimi edən abituriyentlərə müraciət edib. TQDK-dan Publika.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında ixtisas seçimi etmək və təsdiqləmək vəzifəsi durur.

“Müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər ilk olaraq “Abituriyent” jurnalının 4-cü sayını əldə etməli və jurnalda təqdim olunan məlumat və tövsiyələrlə diqqətlə tanış olmalıdırlar. Abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə I, II, III və IV ixtisas qruplarının abituriyentləri üçün «İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?» adlı vəsaitlər, abituriyentlər ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları ilə tanış olmalıdırlar.

Lakin abituriyentlər düşünməməlidirlər ki, ayrı-ayrı ixtisaslar üzrə əvvəlki ilin keçid balları bu il də eynilə təkrarlanacaq. Bu, birtərəfli yanaşmadır, ona görə ki, keçid balı müsabiqə vəziyyətindən, ayrılmış plan yerlərinin sayından, abituriyentin topladığı baldan daha çox bal toplamış abituriyentlərin sayından asılı olaraq ildən-ilə ya azalmağa, ya da artmağa doğru dəyişə bilər”.

TQDK-dan bildirilib ki, bütün bu tövsiyələrlə tanış olduqdan sonra abituriyentlər “Abituriyent” jurnalının 4-cü sayında təqdim edilən ixtisaslarla tanış olmalı, imtahan verdiyi ixtisas qrupuna daxil olan ixtisaslar içərisindən öz istəyinə uyğun ixtisasları seçməli, elektron ixtisas seçimi ərizəsinə daxil etməli və ərizələrini təsdiq etməlidirlər. İxtisas kodlarını, onların sayını və ərizəyə daxil edilmə ardıcıllığını abituriyentlər öz istəklərinə uyğun sərbəst şəkildə müəyyənləşdirirlər.Tövsiyə edirik ki, ixtisasları düzərkən onları istəyinizə uyğun ardıcıllqla qeyd edəsiniz. Çünki müsabiqə zamanı 1-ci yazılan ixtisasdan başlayaraq sıralanma gedir və abituriyent balı çatan ilk ixtisasa yerləşdirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm