Mirmahmud Mirəlioğlu sərt danışdı: “Hakim partiyanı qurultaya dəvət etməklə yaxşı etmişik”
Bizi izləyin

Nida.az

Mirmahmud Mirəlioğlu sərt danışdı: “Hakim partiyanı qurultaya dəvət etməklə yaxşı etmişik”

KXCP sədri Mirmahmud Mirəlioğlu partiyanın bu gün keçirilən qurultayında çıxışı zamanı bəzi qurultay nümayəndələrinin iştirak etməməsinə sərt reaksiya verib.

Publika.az xəbər verir ki, M. Mirəlioğlu iştirak etməyənlərin YAP-ın da qurultaya dəvət olunmasını əsas gətirdiklərini deyib: “Bəzi qurultay nümayəndələri Yeni Azərbaycan Partiyasını dəvət etdiyimiz üçün iştirak etməkdən imtina ediblər. Bəzi dostlarımız da YAP-ı, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovu qurultaya dəvət etdiyimiz üçün bizdən küsüblər. Bu barədə üzümüzə deməyə cəsarətləri çatmayıb, başqaları ilə söz göndəriblər, özləri isə gəlməyiblər. Mən burdan onlara səslənib deyirəm ki, doğru qərar vermişik. Bizim məqsədimiz Azərbaycanı birləşdirməkdir, ölkənin mənafeyini qorumaqdır. Siz isə öz niyyətinizi bir daha nümayiş etdirdiniz”.

Qeyd edək ki, qurultayda YAP-dan heç bir nümayəndə iştirak etmir. Həmçinin, AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı Arif Hacılı da dəvət olunmalarına baxmayaraq, gəlməyiblər. Müsavatın keçmiş başqanı İsa Qəmbər isə iştirakçılar arasındadır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm