Xalası oğlunu güllələyən şəxs tutulub
Bizi izləyin

Hadisə

Xalası oğlunu güllələyən şəxs tutulub

Xalası oğlunu güllələyən şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 30-da Neftçala rayon Qaraqaşlı kənd sakini Zürriyyət Əsgərovun yaşadığı evdən döş qəfəsindən və qol nahiyəsindən güllə yarası ilə xəstəxanaya gətirilməsi, habelə izahatında öz-özünə ov tüfəngindən açdığı atəşlə xəsarət yetirməsini bildirməsi barədə verilmiş məlumatla əlaqədar iyulun 31-də cinayət işi başlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş xalası oğlu Amid Axundov tutulub. Ondan hadisə törədilərkən istifadə edilmiş “MS-2112” markalı ov tüfəngi götürülüb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm