“Günahkar özüdür”
Bizi izləyin

İdman

“Günahkar özüdür”

Amerika kubokunda Braziliya millisinin üzvü Freddən götürülən dopinq-testinin müsbət nəticələnməsi barədə xəbər vermişdik.

Publika.az xəbər verir ki, Braziliya Futbol Konfederasiyası bununla bağlı bəyanat yayıb. Konfederasiyanın rəsmi saytında yayılan bəyanatda bildirilir ki, futbolçunun orqanizmində tapılan preparat heç vaxt millinin həkimlərində olmayıb:

“Amerika kubokunun başlamasına təxminən iki ay qalmış təşkilatçılar istifadə oluna biləcək preparatların siyahısını bizə təqdim edirlər. Həkimlərimiz Çiliyə yalnız siyahıda olan dərmanları aparıblar.

Futbolçunun orqanizmində tapılan qidloxlorotiazid bizim həkimlərdə olmayıb. Həkimlərimizin bu məsələylə heç bir bağlılığı yoxdur. Tibbi xidmətin əməkdaşı lazım olan bütün sənədləri təqdim etməyə hazırdır”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm