Dəb
Modapərəst qızlar arasında böyük populyarlıq qazanan donlar - FOTOLAR
Bu gün moda evlərinin kolleksiyalarının əksəriyyətində təqdim olunan köynək-paltarlar qızlar arasında böyük populyarlıq əldə edib. Publika.az-ın dəb bölməsi xəbər verir ki, onların uzun fasonları xüsusilə aktualdır.
Döşəməyə qədər uzanan paltarlar isə ultraqısa donlar qədər maraq doğurur. Uzun variantları yay axşamlarında obraza romantiklik vermək, cəlbediciliyi artırmaq üçün ideal seçimdir. Uzun köynək-paltarlar demək olar ki, hər bədən tipi ilə uyğunlaşır. Ona görə ki, uzun ətəklər budları da örtdüyü üçün bədəni daha zərif göstərir. Odur ki, qısa modelləri gənc qızlara, uzun variantları isə həm gənc, həm də orta yaşlı xanımlara çox yaraşır.
Stilistlərin də dediyi kimi, döşəməyə qədər uzanan köynək-paltarlar bu gün modapərəstlərin xüsusi rəğbətini qazanıb. Amma belə bir geyim seçəndə onu uyğun aksessuarlarla birləşdirməyi də bacarmalısınız. Yadda saxlamaq lazımdır ki, köynək- paltarlarda xanımlar çox ehtiraslı görünürlər. Bunun üçün də dizaynerlər onu təhrif etməməyi: qışqıran aksessuarlar, ayaqqabı və çanta əlavə etməməyi məsləhət görürlər. Bu donların bir üstünlüyü də ondadır ki, onu həm klassik, həm də idman tərzi ayaqqabılarla uyğunlaşdırmaq olar.
Gündəlik geyim kimi uzun köynək-paltar seçən qızların orijinallığı və təkrarolunmaz üslubu haqqında mübahisə etmək olmaz. Ona görə ki, belə bir obrazı bədən quruluşunu vurğulayan aksessuarlarla tamamlamaq asan olur. Məsələn, gözəl bir ansamblda geyimin rəngi ilə uzlaşan kəmərlər və böyük çantalar xoş təsir bağışlayacaqlar. Bu zaman qayışı ilə ayaqqabı və çanta ziddiyyət təşkil etməməlidir, əks halda nəfis obraz yarada bilməyəcəksiniz.
Dərin kəsiklər və dekolte uzun köynək-paltarlarda çox gözəl və çox cazibədar görünürlər. Belə geyimi rahatlıqla həm isti yay günlərində, həm də axşam dəvətlərində geyinmək olar. Uzun köynək-paltarların son aylarda məşhurlaşması dizaynerləri onların kürəyi və çiyni açıq fasonlarını da yaratmağa ruhlandırıb. Belə olan halda, klassik qara və ağ, mavi və çəhrayı kimi parlaq rənglər seçmək olar. Əmin olun ki, belə paltarda siz uzun müddət diqqət mərkəzində olacaqsınız. Axşam geyimi kimi istifadə etdikdə obrazı qiymətli bəzək əşyaları ilə tamamlamağı unutmayın.
Bu mövsüm dizaynerlərin kolleksiyasında ağ rəngli uzun köynək- paltarlar çoxluq təşkil edir. Fərqlənməyi sevən xanımlar bu modelin bənzərsiz və aktual ağ rəngini gəlinlik kimi də geyinirlər. Çünki ağ rəng özlüyündə təbiətin saflığını və təmizliyini bildirir.
Aytən
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü