ABŞ Çinlə müharibəyə hazırlaşır
Bizi izləyin

Dünya

ABŞ Çinlə müharibəyə hazırlaşır

ABŞ Çinə qarşı cavab kiberhücumu hazırlayır.

Publika.az “New York Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasından bildirilib.

ABŞ Milli Təhlükəsizlik Nazirliyi iyulun 4-də bir milyondan çox indiki və keçmiş federal qulluqçunun şəxsi məlumatlarının oğurlandığı barədə məlumat yaydı. Sonradan məlum oldu ki, hücumun miqyası olduqca böyükdür. Söhbət ABŞ-ın 21 milyondan çox dövlət qulluqçusunun şəxsi məlumatlarından gedir. Bu isə ABŞ əhalisinin təxminən 7 faizini təşkil edir.

“New York Times”in yazdığına görə, hazırda Ağ Evdə Çinə kiberhücumun cavab variantları hazırlanır.

Son aylar Amerikanın hərbi və mülki idarələrinin kompüter şəbəkələri hücumlar seriyasına məruz qalır. Vaşinqton hücumlara görə, Rusiya və Çindən olan hakerləri ittiham edir. Hücumların miqyası o qədər böyükdür ki, rəsmi şəxslər ABŞ-ın Çindəki casus şəbəkəsinin üzə çıxacağı barədə qorxularını ifadə edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm