“Düşünürdüm ki, bu oğlanı bitiriblər”
Bizi izləyin

İdman

“Düşünürdüm ki, bu oğlanı bitiriblər”

“Real” klubunun baş məşqçisi Benitesin həyat yoldaşının “Çelsi”nin çalışdırıcısı Joze Mourinyo barədə ironiyalı açıqlamasından sonra başlayan qarşılıqlı ittihamlar bitmək bilmir.

Publika.az xəbər verir ki, Joze Mourinyo yenə də Rafael Benitesə ilişib. O, bu dəfə Benitesi Con Terriyə qarşı münasibətdə ədalətli olmamaqda ittiham edib:

“Bir neçə il əvvəl o, demək olar ki, itmişdi. Zədələr, ona inanmayan məşqçilər...

O məşqçilər komandaya başqa müdafiəçi cəlb etmişdilər. Təbii ki, onun yerinə.

Xüsusən də mənim “Çelsi”yə gəlişimdən əvvəlki mövsümü nəzərdə tuturam. Rafael Benitesin işlədiyi mövsümü deyirəm. Mən düşünürdüm ki, bu oğlanı bitiriblər. O, prinsipial qaşılaşmalarda oynamırdı. Terrinin bədbəxtçiliyə düçar olduğunu fikirləşirdim.

Qayıdanda özümə bu sualı verdim: “Terrini hansı səviyyədə qəbul edəcəyəm? O, inkişaf edə biləcəkmi? O, mənim tanıdığım Terri olacaqmı?”. Və ötən mövsüm o, fenomenal idi. Hesab edirəm ki, bu, onun ən yaxşı mövsümü idi”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm