“Windows 10” platforması ilə işləyən qurğuların sayı 14 milyona çatıb
Bizi izləyin

Texnoloji

“Windows 10” platforması ilə işləyən qurğuların sayı 14 milyona çatıb

"Microsoft" korporasiyası iyulun 29-da satışına başladığı yeni “Windows 10” platforması ilə işləyən qurğuların satış prosesi barədə məlumat yayıb.

Şirkətin bloqundakı məlumata əsasən, yeni əməliyyat sisteminin yekun versiyasının rəsmi təqdimatından ötən ilk 24 saat ərzində bu platforma ilə işləyən kompyuter qurğularının sayı 14 milyona çatıb.

"Microsoft"un Cənubi Afrika bölməsinin direktoru Entoni Doqerti deyib ki, "Windows 10" sisteminin smartfonlar üçün nəzərdə tutulan mobil versiyası bu ilin noyabrında hazır olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm