Balaca tərtərli rəqibini nokauta saldı – VİDEO
Bizi izləyin

İdman

Balaca tərtərli rəqibini nokauta saldı – VİDEO

İyulun 30-31-də kikboks idman növü üzrə açıq rayon birinciliyi keçirilib.

Təşkilat komitəsindən Axar.az-a verilən məlumata görə, 24 komanda olmaqla 300-dən çox idmançının iştirak etdiyi yarışda Tərtər rayonu 15 qızıl medalla birincilik qazanıb. “Ortimax” şirkətinin dəstəyi ilə həyata keçirilən yarışın təşkilatçısı və baş hakimi kikboks üzrə dördqat dünya çempionu Elnur Salamov olub.

Birincilik qazanan idmançılar kubok, medal və diplom, 2-ci və 3-cü yerlərin sahibləri isə medal və diplomlarla təltif olunub.

Qeyd edək ki, Samuxda baş tutan çempionatda rayonun icra başçısı Alı Qocayev də iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm