Tanınmış aktyor: “Görməmişəm ki, hansısa xanəndə kiminləsə dava etsin”
Bizi izləyin

Magazin1

Tanınmış aktyor: “Görməmişəm ki, hansısa xanəndə kiminləsə dava etsin”

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyev musiqi zövqündən danışıb.

Publika.az-a açıqlama verən aktyor heç vaxt şou-biznesdə fəaliyyət göstərən müğənniləri dinləmədiyni bildirib:

“Bu gün şou-biznesdə olan müğənnilər səsdən çox qalmaqalları ilə gündəmə gəlir. Onlarınkı odur elə qalmaqal etsinlər, bir-birinin ünvanına xoşagəlməz təhqirlər söyləsinlər. O qədər özlərini gözdən salıblar ki, mahnılarını da dinləmək istəmirəm. Mənimki klassik musiqilər və muğamlarımızdır. Dinləyib zövq alıram.

Hələ bir dəfə görməmişəm ki, hansısa xanəndə kiminləsə dava etsin. Çünki sənətlə gündəmə gəlirlər və qalmaqala ehtiyacları yoxdur”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm