Rusiyada hərbi vertolyot belə düşdü - VİDEO
Bizi izləyin

Dünya

Rusiyada hərbi vertolyot belə düşdü - VİDEO

Rusiyanın Ryazan vilayətində yerləşən “Dubroviçi” poliqonunda keçirilən təlimlər zamanı “Mi-28N” hərbi vertolyotunun qəzaya uğraması görüntüləri yayılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində pilotlardan biri həlak olub, yaralı olan digər pilotun vəziyyəti ağır qiymətləndirilir.

Məlumata görə, ən yüksək pilotaj proqramı yerinə yetirilən zaman vertolyotun quyruq vinti sıradan çıxı. Nəticədə vertolyot idarəetməni itirərək yerə düşüb.

Rusiya Müdafiə Nazirliyi “Dubroviçi” poliqonunda bütün uçuşları ləğv edib. O cümlədən “Mi-28N” helikopterlərinin uçuşu müvəqqəti olaraq təxirə salınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm