Ekopublika.az
Bank olmayan kredit təşkilatlarının işi çətinləşir
Bankların ardınca bank olmayan kredit təşkilatları (BOKT) güzəştli kreditlər üçün Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edib.
Ölkənin maliyyə bazarındakı mənbədən Trend-ə bildirilib ki, AMB-nin kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddinin təyin edilməsi ilə bağlı tövsiyəsindən sonra BOKT-larda ucuz resurslara kəskin ehtiyac yaranıb.
Mənbə qeyd edib ki, Azərbaycanda AMB tərəfindən BOKT-ların birbaşa kreditləşdirmə təcrübəsi yoxdur: “Bu səbəbdən bank olmayan kredit təşkilatları illik 3 faizlik ucuz vəsait ayrılması üçün Mərkəzi Banka müraciət edib. Hazırda BOKT-un əsas maliyyə mənbələri yerli və xarici investorlar, məsələn, banklardır. Bu kreditlər təşkilatlara baha başa gəlir, çünki bankların kreditləşmə mənbələrindən biri əhalinin əmanətləridir. Əgər bank illik 10 faizlə əmanət cəlb edirsə, müvafiq olaraq, BOKT-a öz resurslarını daha yüksək faiz dərəcəsi ilə satacaq. Məhz bu səbəbdən maliyyə nöqteyi-nəzərindən AMB-nin tövsiyələri bank olmayan kredit təşkilatlarının işini çətinləşdirir”.
Mənbə hesab edir ki, ümumilikdə kredit dərəcələrinin məhdudlaşdırılması nəticədə bəzi BOKT-ların bağlanmasına gətirib çıxaracaq: “Bu da öz növbəsində sələmçiliyə tələbi artıracaq”.
O, qeyd edib ki, bu məhdudiyyətlərin banklara təsiri elə də əhəmiyyətli deyil, çünki BOKT-lara nisbətən onların gəlir mənbəyi çoxdur: “Bank olmayan kredit təşkilatları əhalinin əmanətlərini cəlb edə bilməz, onların kart buraxılışı, pul köçürmələrini həyata keçirmək və başqa bu kimi icazələri yoxdur. BOKT faktiki olaraq kredit məhsullarından gəlir əldə edir, konsaltinq kimi, digər xidmətlərin onların portfelindəki payı çox cüzidir”.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi