FTB agentindən PKK-nı məhv edən PLAN
Bizi izləyin

Dünya

FTB agentindən PKK-nı məhv edən PLAN

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş agenti, terror mütəxəssisi Corc Hayden PKK terrorunu və Türkiyənin cavab addımlarını “Akşam” qəzetinə şərh edib.

Publika.az xəbər verir ki, amerikalı mütəxəssis PKK terrorunu bitirmək üçün 3 mərhələli planının həyata keçirilməsinin vacib olduğunu deyib.

Haydenə görə, qaynaqları həm daxildə, həm də xaricdə olduğu üçün PKK ən çətin təşkilatlardan biridir. Onun RKK terrorunun bitirmək üçün təklif etdiyi üç mərhələli plan isə bu şəkildədir: təşkilata qarşı ölkə daxilində və xaricində eyni vaxtda və genişmiqyaslı əməliyyatın keçirilməsi, təşkilatın ən güclü şəxsi ilə görüşərək qalan silahlı və siyasi ünsürlərin prosesə daxil edilməməsi, nəhayət əldə edilən uğurların böyük kampaniya şəklində xalqa təqdim edilməsi. Hayder hesab edir ki, sözügedən 3 mərhələli plan PKK-nın belini qırar.

O, PKK kimi bir təşkilata dövlətin güvənməsinin əsla mümkün olmadığını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm