Spiker istefa verdi
Bizi izləyin

Dünya

Spiker istefa verdi

Qanunvericilərə ayrılan nəqliyyat xərclərinin mənimsənilməsinə görə, Avstraliya Federal Parlamentinin Nümayəndələr Palatasının spikeri Bronuin Bişop istefa verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Bişopun siyasi kampaniyanın sponsorları ilə görüşə getmək məqsədilə dövlət büdcəsinə 5 min avstraliya dollarına başa gələn vertalyot sifariş etdiyi bildirilir. Onun öz həmkarlarının toy mərasimlərində iştirakına da büdcədən pul xərclədiyi iddia olunur.

BBC-nin məlumatına görə, Bişop üzrxahlıq edib və bildirib ki, vertalyot sifarişinə görə xərclənən pulu geri ödəyəcək.

Baş nazir Toni Abbot Bişopun istefa qərarını düzgün addım kimi dəyərləndirib. O həmçinin bildirib ki, parlamentarilərin xərcləri üzərində nəzarət sistemi bir daha nəzərdən keçiriləcək.

Abbot özü də keçmişdə şəxsi məqsədlər üçün xərclədiyi büdcə pullarını geri qaytarmalı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm