Tacir Şahmalıoğlunun qardaşının meyiti tapıldı - VİDEO
Bizi izləyin

Hadisə

Tacir Şahmalıoğlunun qardaşının meyiti tapıldı - VİDEO

Müğənnu Tacir Şahmalıoğlunun qardaşı 37 yaşlı Mahir Allahverdiyevin meyiti tapılıb.


Meyit Novxanı çimərliyindəki istirahət mərkəzlərindən birinin ərazisindən tapılıb. Dalğalar mərhumun cəsədini istirahət mərkəzinin ərazisinə çıxarıb. Meyiti çimərlikdə istirahət edən insanlar aşkar ediblər.

Hal-hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının və Mahir Allahverdiyevin yaxınlarının gələcəyi gözlənilir.

Xatırladaq ki, 2 azyaşlı uşaq atası olan Mahir Allahverdiyev iyulun 31-də dostları ilə birlikdə Novxanı çimərliyinə gedib. Onun skuter sürərkən batdığı bildirilir. Həmin vaxtdan axtarışlar aparılsa da, meyiti yalnız bu gün tapılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm