44 nəfəri gün vurdu
Bizi izləyin

Qırmızı.az

44 nəfəri gün vurdu

Havaların isti keçməsi səbəbindən ölkə ərazisində günvurmaların sayı artıb. Son üç ay ərzində 44 nəfəri gün vurub.

Bu barədə Publika.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oktay Şahmalıyev bildirib.

Onun sözlərinə görə, may ayından bu günə kimi 44 nəfər günvurma ilə müraciət edib ki, onlardan 14 nəfəri xəstəxanaya yerləşdirilib.

O. Şahmalıyevin sözlərinə görə, son 3 ayda respublika ərazisində 27 nəfəri ilan sancıb. Bunlardan bir nəfər Təcili Yardım gələnə kimi dünyasını dəyişib və bir nəfər isə xəstəxanaya getməkdən imtina edib. 25 nəfər isə xəstəxanaya yerləşdirilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm