Ağ ilə qaranın mükəmməl vəhdəti - FOTOLAR
Bizi izləyin

Dəb

Ağ ilə qaranın mükəmməl vəhdəti - FOTOLAR

Ağ ilə qara bütün dövrlərdə aktual olan klassik rənglərdir. Onların hər ikisi ayrı-ayrılıqda hər zaman gündəmdədir. Eyni zamanda qara ilə ağın birləşməsi də eyni dərəcədə aktual və üstünlük verilən çalarlardır. Bu iki kontrast rəngi dizaynerlər kolleksiyalarında istifadə etməkdən yorulmurlar.

Bu mövsüm ağ-qara zolaqların dəbdə olduğundan xəbər vermişdik. Dünya ulduzları da bu trendə laqeyd qalmayıblar. Yay ayları ərzində onların çoxu ağ-qara zolaqlı geyimlərdə görünüb. Zolaqlı naxış pərəstişkarları arasında Oliviya Palermo, Lea Mişel, Coan Smolls, Kseniya Çilinqarova, Emiliya Klark və bir çox başqaları var. Onlar zolaqlı geyimlərdə olduqca dəbli, zərif, ciddi görünürlər.

Publika.az bu yay zolaqlı naxış dəbi ilə ayaqlaşan ulduzların bir neçəsinin fotolarını seçib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm