Beş təşkilat kürdlərə müharibə elan etdi - FOTOFAKT
Bizi izləyin

Dünya

Beş təşkilat kürdlərə müharibə elan etdi - FOTOFAKT

Suriyanın Afrin şəhərində 5 təşkilat YPG-yə (PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı) qarşı müharibə elan edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Əl-Nüsra” Cəbhəsi, “Ahrar'uş Şam”, “Feylak Eş Şam”, “Fecr Er Şam” və “Suvar Eş Şam” bununla bağlı birgə yazılı açıqlama yayıb.

Açıqlamada qərarın səbəbinin Afrinin cənubunda bəzi strateji təpələrə YPG-nin hakim olması göstərilib.

Digər bir məlumata görə, Afrində, o cümlədən şəhərin cənubu və cənubi-şərqində, Azez və Afrin şəhərləri arasında YPG ilə “Əl-Nüsra” Cəbhəsi arasında döyüşlər davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm