Əsədin təyyarəsi Türkiyə sərhədinə düşdü – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Əsədin təyyarəsi Türkiyə sərhədinə düşdü – SON DƏQİQƏ

Suriya ordusuna aid hərbi təyyarə Türkiyə sərhədinə yaxın ərazidə yerləşən Eriha qəsəbəsində qəzaya uğrayıb.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, təyyarə tərəvəz bazarının üzərinə düşüb.

Qəza nəticəsində ən azı 20 nəfər ölüb, 50-dən çoxu yaralanıb. “Associated Press” bir vaxtlar Bəşər Əsəd rejiminin hərbi qalalarından olan Erihanın may ayında müxalifətin əlinə keçdiyini xatırladıb. İddiaya görə, təyyarə müxalifətin mövqelərini bombalayan zaman qəzaya uğrayıb.

Pilotların taleyi barədə məlumat yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm