Ankarada dəniz var imiş? – İŞİD-ə qoşulmaq istəyən tələbənin səhvi
Bizi izləyin

Dünya

Ankarada dəniz var imiş? – İŞİD-ə qoşulmaq istəyən tələbənin səhvi

Rusiyadan İŞİD-ə qoşulmaq üçün Türkiyəyə, oradan da Suriyaya gedənlərin sayı çoxalıb.

Publika.az xəbər verir ki, Rusiyanın “Kommersant” nəşri son günlər Türkiyə ilə Suriya sərhədlərində saxlanılanları buna nümunə gətirir.

Türkiyə xüsusi xidmət orqanları 26 yaşlı dağıstanlını saxlayıb. Onun adı açıqlanmır. Lakin İŞİD sıralarında döyüşmək üçün getdiyi məlum olub.

Bu arada “Hürriyet” yazır ki, Dağıstanda hüquq fakültəsinin 26 yaşlı tələbəsini həbs etmək üçün Hatay vilayətinin Reyhanlı şəhərində MİT əməkdaşları əməliyyat keçirib.

Ötən ay isə Çeçenistan hüquq-mühafizə orqanları İŞİD-in Rusiyadakı qruplaşmasını həbs etdi. Vaxtilə həmin qrupda olmuş Müslüm Axmaev isə Türkiyədə saxlanıldı. Onunla birgə Moskva Dövlət Universitetinin tələbəsi olan Varvara Karalov da həbs olundu. Bu gənclər Türkiyəyə yola düşəndə valideynlərinə istirahət edəcəklərini demişdilər. Lakin gənclər Türkiyəyə gedəndən sonra valideynlərinə mesaj göndərirlər: “Biz Ankarada dəniz sahillərində dincəlirik”.

Halbuki Türkiyə paytaxtında dəniz yoxdur. Bu coğrafi səhv valideynləri şübhələndirir və onlar Türkiyəyə gələrək Trabzon polisinə müraciət edirlər. Gənclər Dağıstan məscidlərinin birində yarım il radikallarla təmasda olublar və valideynləri onların bəzi dostlarının Suriyaya gedərək İŞİD-ə qoşulduğunu bilirmişlər.

“Kommersant” yazır ki, Varvara Karalovu türk sərhədçiləri Kilis şəhəri yaxınlığında həbs etdi. O, 18 nəfərlik qrupun daxilində Suriya sərhədini qeyri-leqal olaraq keçməyə cəhd edirdi. Məlumatlara görə, qrupun 13 nəfəri Rusiya, 5 nəfəri isə Azərbaycan vətəndaşı olub. Onlardan 4-ü kişi, yerdə qalanı isə qadın və uşaqlar imiş.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm