Gürcüstana 160 mindən çox azərbaycanlı səfər edib
Bizi izləyin

Qırmızı.az

Gürcüstana 160 mindən çox azərbaycanlı səfər edib

Ötən ay Gürcüstana 160 mindən çox azərbaycanlı səfər edib.

Publika.az xəbər verir ki, bu barədə “Qruziya Online” Gürcüstan Daxili İşlər Nazirliyinin informasiya-analitika departamentinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, 2015-ci ilin təkcə iyul ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 160, 285 min nəfər olub ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 7,9% artım deməkdir.

Qeyd edək ki, iyul ayında ümumilikdə Gürcüstana səfər edənlərin sayı isə 737, 696 min nəfərdir. Ən çox səfər edənlər Ermənistan (180,099 min nəfər), Azərbaycan (160,285 min nəfər), Türkiyə (152,178 min nəfər) və Rusiya (140,390 min nəfər) vətəndaşlarıdır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm