Yaponlar Azərbaycan karatesini ekranlaşdırdılar
Bizi izləyin

İdman

Yaponlar Azərbaycan karatesini ekranlaşdırdılar

Yaponiyanın Mainichi TV kanalı Azərbaycanın mədəniyyət və turizm sahəsinə aid film hazırlamaq üçün bir neçə günlük səfər proqramı hazırlayıb. Həmin proqramda karate üzrə milli komandamıza da xüsusi yer ayırılıb.

Yaponiyanın məhşur telekanalının nümayəndələri ssenariyə daxil etdikləri bu hissəni Azərbaycan karatesinin dünya miqyaslı şöhrəti ilə əlaqələndiriblər.

Publika.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidmətindən məlumat yayılıb.

Mainichi TV-nin xüsusi çəkiliş qrupu milli komandamızın təlim-məşq bazasında idmançılarımızın hazırlıq prosesini lentə alıb. Həmçinin baş məşqçi və komandanın liderlərindən müsahibələr götürüb.

Yaponiyalı qonaqlar Azərbaycan karatesinin böyük uğurlarından onların ölkəsində də məlumatlı olduqlarını bildiriblər. Filmin bir hissəsinin məhz karatedən bəhs etməsinin ayrıca effekt verəcəyinə inandıqlarını deyiblər. Film sentyabrda Yaponiyanın televiziya ekranlarına çıxarılacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm