Nida.az
Azərbaycan qazına yeni payçı gəlir: Norveçi İtaliya əvəz edəcək
“Cənub axını” layihəsinin uğursuzluğunda sonra
Trans-Adriatik Qaz Boru Kəməri (TAP) bütün beynəlxalq energetika
nəhənglərinin əsas maraq dairəsindədir.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın
iqtisadi nəşri “Wirtschaftsblatt”da dərc olunan məqalədə
deyilir.
İtaliyanın qaz konserni “Snam” da Türkiyə, Yunanıstan və Albaniya
vasitəsilə Xəzər qazını Avropaya çıxaracaq TAP layihəsində
iştirakını konkretləşdirir. İtalyanlar layihəyə 400 milyon
investisiya qoymağa və 20 faiz paya sahib olmağa hazırlaşırlar.
Layihədəki bəzi şirkətlər, misal üçün, "Statoil", yaxud bp öz 20
faizlik paylarını satmağı düşünürlər.
“Snam” konserni bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin
dəstəyinə bel bağlayır.
“Mən yeni səhmdarların layihəyə daxil olmağında heç bir problem
görmürəm”, - deyə nəşr Azərbaycan Prezidentinin İtaliya səfəri
zamanı səsləndirdiyi fikirləri sitat gətirir.
Şirkətin icraçı direktoru Karlo Malakarne hesab edir ki, TAP
layihəsi qaz təminatı üçün əsasdır: “Avropaya universal və arası
kəsilmədən işləyən qaz şəbəkəsi lazımdır”.
Nəşr “Snam” şirkətinin beynəlxalq layihələrin
maliyyələşdirilməsində uğurlu fəaliyyəti haqda da məlumat
verir.
Asif Nərimanlı
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO