Ukraynada 2 dəfə 2-ci, Sloveniyada 3-cü
Bizi izləyin

İdman

Ukraynada 2 dəfə 2-ci, Sloveniyada 3-cü

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun üzvləri Ukrayna və Sloveniyada keçirilən beynəlxalq yarışlarda uğurla çıxış edib. Təmsilçilərimiz hər iki yarışda fəxri kürsüyə qalxmağı bacarıblar.

Publika.az xəbər verir ki, heyəti Elçin Əsədov, Yannis Tamuridis, Maksim Averin, Markus Eybeger, Matey Müqerli və Tural İsgəndərovdan ibarət kollektiv Ukraynada keçirilən "Odessa Grand-Prix" yarışında iştirak edib. Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı 2 günlük yarışında təmsilçilərimizdən ən yüksək nəticəyə Matey Müqerli imza atıb - o, hər 2 yarış günündə finişi qalibdən sonra keçməklə 2 dəfə fəxri kürsünün 2-ci pilləsinə qalxıb. Digər təmsilçimiz Maksim Averin isə ilk yarış günündə 8-ci olmaqla Rio-2016 Yay Olimpiya Oyunlarına 3 lisenziya xalı qazanıb. Hazırda onun aktivində ümumilikdə 142 reytinq xalı var.

Avqustun 6-9-da Estoniyanın Tartu şəhərində keçiriləcək Avropa birinciliyində iştirakı planlaşdırılan gənclər yığmamızın üzvü Samir Cəbrayılov isə məsul yarış öncəsi yoxlama yarışlarında qüvvəsini sınayır. O, "Kranj-2015" kriterium yarışında çıxış edərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm