Neftin 40 dollaradək ucuzlaşması dünya iqtisadiyyatına necə təsir edəcək?
Bizi izləyin

Ekopublika.az

Neftin 40 dollaradək ucuzlaşması dünya iqtisadiyyatına necə təsir edəcək?

1 barel neftin qiymətinin hətta 40 dollaradək azalması dünya iqtisadiyyatının kollapsına səbəb ola bilməz, lakin ayrı-ayrı ixracatçılar üçün problemlər yarada bilər. Bunu Trend-ə müsahibəsində ekspert Fərhad Əmirbəyov deyib.

O, qeyd edib: “Xatırlatmaq istərdim ki, dünya 1 barel neftin qiymətinin 40 dollar olmasını 2008-ci ildə görmüşdü. Həmin vaxt 1 barel neftin qiyməti 146 dollarlıq pik səviyyədən qəflətən 36 dollaradək aşağı düşmüşdü. Sonra sıçrayış oldu, qiymət 40-45 dollar arasında dəyişdi, ardından isə qiymət 100-110 dollaradək yüksəldi. Ötən il isə yenidən azalmağa başladı. Və deməliyəm ki, 1 barel neftin qiyməti 45, 40, hətta 36 dollardan aşağı olanda dünya iqtisadiyyatının kollapsı baş vermədi. Buna görə demək olar ki, 1 barelə görə 40-45 dollarlıq aşağı hədd ümumilikdə dünya iqtisadiyyatı üçün ölümcül deyil, lakin ayrı-ayrı ixracatçılar üçün qısa müddətdə milli böhrana gətirib çıxara bilər”.

Ekspert vurğulayıb ki, Federal Ehtiyat Sisteminin (FES) əsas faiz dərəcəsinin artmasına münasibətdə gözləmə siyasəti əvvəlki illərlə müqayisədə neftin aşağı qiymətlərinə təsir edir, belə ki, dolların məzənnəsi dərəcənin artmasını gözləyərək artır, neftin qiyməti isə azalır.

F.Əmirbəyovun sözlərinə görə, yaxın zamanlarda faiz dərəcələrinin artması barədə danışmaq olduqca çətindir, çünki FES inflyasiyanın artması və ABŞ-ın bütün təsərrüfat subyektlərinin yığılmış borcuna xidmət göstərilməsi dəyərinin artması təhlükələri dilemması qarşısındadır: “ABŞ-ın daxilində çox böyük problemlər var, həmin problemlərə görə FES-in faiz dərəcələrini artıq bir neçə ildir artırmaq olmur və onların artım istiqamətində dəyişə biləcəyini dəqiqliklə söyləmək mümkün deyil”.

O, diqqətə çatdırıb ki, belə görünməmiş aşağı dərəcələr 2007-ci ildə ABŞ-ın ipoteka istiqrazlarının iflası ilə başlayan dünya maliyyə böhranının nəticəsidir, təqribən 1 il sonra ABŞ-ın hüdudlarından kənara yayıldı və çox sürətlə bütün dünya maliyyə sistemini vurdu: “Xatırlayırsınızsa, hamı deyirdi ki, bu çox çəkməyəcək. Artıq artımın cücərtiləri görünür, dünya iqtisadiyyatının “lokomotiv”i adlandırılan Çin iqtisadiyyatı hamını böhrandan çıxaracaq. Lakin statistika tamamilə əksini deyir”.

Ekspert əlavə edib ki, ABŞ-ın maliyyə sektorunda hər şey yaxşı deyil ki, bu da dolayısilə yerli siyasətçilərin danışmağı xoşladığı Amerika iqtisadiyyatının sağlamlaşması prinsipial olaraq baş vermədi: “ABŞ-da ev təsərrüfatlarının (fiziki şəxslər) böyük həcmdə borcları var, kredit kartları üzrə böyük həcmdə borclar mövcuddur. Həmçinin, tələbə kreditləri üzrə xeyli həcmdə borc var ki, bunun də ümumi dəyəri 3 trilyon dollardan artıqdır və onların qaytarılması sual altındadır. Belə ki, bir çox insan alınmış ixtisas üzrə iş tapa bilmir. Faiz dərəcəsi artırılmağa başlanılsa, borclar da da bahalaşmağa başlayacaq. Yığılmış borclara xidmət göstərilməsinin uzun illər problemli olduğunu nəzərə alsaq, borclara xidmət göstərilməsi dəyərinin artacağı halda onları necə qaytarmaq olar? Fikrimcə, bu, FES-i faiz dərəcələrini artırmaqdan çəkindirən əsas amildir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm