Zaqatalada təzə bəy yol qəzasında öldü
Bizi izləyin

Hadisə

Zaqatalada təzə bəy yol qəzasında öldü

Zaqatala rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Qəza nəticəsində rayonun Muxax kənd sakini, 1989-cu il təvəllüdlü Arif Muxtar oğlu Həmzəyev dünyasını dəyişib.

Zaqatala rayon polis idarəsindən ANS PRESS- ə verilən məlumata görə, Arif Muxtarov idarə etdiyi “Mercedes” markalı, 99 DK 414 dövlət nömrə nişanlı avtomobilllə Zaqatala rayonunun mərkəzi ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə, avtomobil yolun kənarındakı qoz ağacına çırpılaraq üç hissəyə bölünüb. Sürücü hadisə yerində dünyasını dəyişib.

Onun meyitini müayinə üçün Zaqatala Mərkəzi rayon Xəstəxanasına aparıblar.Hadisə zamanı sürücü avtomobildə tək olub.Əlavə edək ki, vəfat edən A. Həmzəyev iki ay öncə ailə həyatı qurub. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Bu, gün ərzində ölümlə nəticələnən ikinci yol-nəqliyyat hadisəsidir. Goranboyda baş verən qəzada bir nəfər həlak olub, iki nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm