İkimərtəbəli ev yandı
Bizi izləyin

Hadisə

İkimərtəbəli ev yandı

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m (hər mərtəbəsi 120 kv.m) olan iki mərtəbəli 6 otaqlı evdə yanğın baş verib.

Publika,az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kv.m sahədə və 1 ədəd kondisioner yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm