Bakı-Tbilisi-Ərzurum qaz kəmərində güclü partlayış
Bizi izləyin

Hadisə

Bakı-Tbilisi-Ərzurum qaz kəmərində güclü partlayış

Bakı-Tbilisi-Qars-Ərzurum qaz boru xəttində partlayış olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayışla əlaqədar boru xəttində qaz nəqli dayandırılıb.

Qars valisi Günay Özdemirin verdiyi məlumata görə, Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttinin Sarıkamış rayonundan keçən hissəsində partlayış baş verib.

Onun sözlərinə görə, partlayışın səbəbi hələlik məlum deyil. Özdemir bildirib ki, mütəxəssislər əraziyə göndərilib. Partlayışın səsi 20 kilometr aralıdan eşidilib.

Faktla bağlı araşdırmalara başlanılıb.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm