İradə İbrahimova hamiləlikdə saçını necə boyamasından danışdı - FOTOLAR
Bizi izləyin

Magazin1

İradə İbrahimova hamiləlikdə saçını necə boyamasından danışdı - FOTOLAR

İkinci dəfə ana olmağa hazırlaşan müğənni İradə İbrahimova şəxsi instaqram bloqunda hamilə xanımlara məsləhətlər verib. Müğənninin sözlərinə görə, hamiləlik müddətində pəhriz saxlamayıb.

Publika.az İradə İbrahimovanın sosial şəbəkədə hamilə xanımlara verdiyi məsləhəti təqdim edir:

“Məncə, hamilə qadının pəhriz saxlamağı çox gərəksizdir. Amma sağlam qidalanıram. Özüm üçün deyil, körpəni düşünürəm. Onu lazım olan bütün vitamin və minerallarla təmin etməyə çalışıram. Hərdən isə ürəyim istəyən yeməkləri də yedim”.

Müğənni hamiləlikdə saçına boya qoyub-qoymadığı ilə maraqlananların da nigarançılığına son qoyaraq bunları yazıb:

“Hamilə xanımlar saçıma boya qoyub-qoymadığımla da çox maraqlanırlar. Bəli, saçımı boyayıram. Lakin ən təbii saç boyasından istifadə edirəm. Saçlarım 22 yaşımdan ağarmağa başladığından, boyamaq məcburiyyətindəyəm. Məcbur olmasaydım, saçımı əsla boyatmazdım. Ehtiyacınız yoxdursa, məsləhət görmürəm”.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm