40 mindən çox insan telefonunun IMEI kodunu yoxlayıb
Bizi izləyin

Texnoloji

40 mindən çox insan telefonunun IMEI kodunu yoxlayıb

“Elektron hökumət” portalında nazirliyin ən çox istifadə olunan e-xidmətlərindən olan “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən iyul ayında vətəndaşlar 40324 dəfə yararlanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu xidmətlə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə etmək mümkündür. Bunun üçün portalda həmin elektron xidməti seçib, telefonun “IMEI” kodunu müvafiq xanaya daxil edərək yoxla düyməsini seçmək lazım gəlir.

Qeyd edək ki, sözügedən xidmətdən istifadə üçün “Elektron hökumət” portalında autenfikasiyadan keçmək tələb olunmur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm