Mimiki qırışları açan maskalar
Bizi izləyin

Gözəllik

Mimiki qırışları açan maskalar

Gözəlliyinə fikir verən hər xanım bilir ki, mimiki qırışlardan xilas olmaq çox çətindir. Üstəlik, bu tip qırışlar çox erkən – 24-30 yaşdan etibarən özünü büruzə verməyə başlayır. Üzünüzdəki mimiki qırışlardan narahatsınızsa, aşağıdakı maska reseptlərini sınaqdan çıxarın.

Publika.az mimiki qırışları açan ən təsirli maska reseptlərini təqdim edir:

Çiyələk və bal maskası

Tərkibi:

Təzə çiyələk

1 qaşıq zeytun yağı

1 çay qaşığı bal

1 çay qaşığı çobanyastığı

Hazırlanması:

Çiyələyi əzib zeytun yağı, bal və çobanyastığı çayı ilə qarışdırın. Maskanı təmiz dəriyə çəkin. 20 dəqiqə saxlayıb üzünüzü əvvəlcə ilıq südlə silin, daha sonra isə soyuq su ilə yuyun. Bu maskanı həftədə bir dəfə çəkməyiniz kifayət edəcək.

Kəsmik və kök maskası

Tərkibi:

1 xörək qaşığı kəsmik

1 xörək qaşığı qatı qaymaq

1 xörək qaşığı təzə yer kökü şirəsi

Hazırlanması:

Əvvəlcə kəsmiklə qaymağı birlikdə, sonra kök şirəsini əlavə edərək qarışdırın. Maskanı üzünüzə çəkib yarım saat saxlayın. Daha sonra üzünüzü soyuq su ilə yuyun. Üzünüzü buzla masaj edin. Salfetlə üzünüzü qurulayın.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm