Vaşinqtondan Ankaraya zərbə: iki energetika şirkəti “qara siyahı”da
Bizi izləyin

Dünya

Vaşinqtondan Ankaraya zərbə: iki energetika şirkəti “qara siyahı”da

ABŞ Maliyyə Nazirliyi Suriya barəsində sanksiyaların genişləndirilmiş siyahısını dərc edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Suriya hakimiyyətinə dəstəyə görə daha 12 şirkət siyahıya daxil edilib.

ABŞ-ın fikrincə, sözügedən şirkətlər Yaxın Şərqdə davam edən münaqişəyə görə məsuliyyət daşıyırlar. Sanksiyaların altına düşən şirkətlər arasında Türkiyədən iki energetika şirkəti də var.

Bundan əvvəl isə ABŞ “Hizbullah” təşkilatının liderlərindən olan Mustafa Bədr Əl-Din, İbrahim Akil və Fuad Şuku, həmçinin livanlı biznesmen Abdel Nur Şalananı “qara siyahı”ya salıb. Onların Suriyada döyüş əməliyyatlarına iştirak etdiyi bildirilib. Livanlı biznesmen dördüncü fiqurantdır ki, Suriyaya silah göndərilməsində və “Hizbullah”a dəstək verməkdə ittiham edilir. “Qara siyahı”ya salınanların həmçinin Suriya prezidenti Bəşər Əsədin güclərinə fəal dəstək göstərdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm