Maykl Ceksonun əlcəyi 58 min dollara satıldı - FOTOLAR
Bizi izləyin

Magazin2

Maykl Ceksonun əlcəyi 58 min dollara satıldı - FOTOLAR

“Pop kral” adlandırılan əfsanəvi müğənni Maykl Ceksonun ağ dəridən hazırlanmış, üstü qaşlarla bəzədilmiş sağ əl üçün əlcəyi hərracda satılıb. Publika.az xəbər verir ki, əlcəyin ilkin satış qiyməti 20 min ABŞ dollarından başlasa da, əlcək 51 min 880 ABŞ dollarına satılıb.

Bu, əfsanəvi müğənninin hərraca çıxarılan ilk əlcəyi deyil. Bundan əvvəl onun 2 əlcəyi hərraca çıxarılıb. Onlardan biri 2009-cu ildə 350 min, ikincisi isə 2010-cu ildə 160 min ABŞ dollarına satılıb.

Xatırladaq ki, Maykl Cekson həmişə bir əlinə əlcək taxıb. Müsahibələrində isə bunu belə şərh edib. “Bu, iki əlcək taxmaqdan daha məzəlidir”.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm