Yay üçün qısa kombinezon dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Yay üçün qısa kombinezon dəbi - FOTOLAR

Kombinezonlar nə qədər müasir və qeyri-adi görünsə də, onların yaranma tarixi XVIII-XIX əsrə gedib çıxır. Kombinezonların tarixinə nəzər salsaq, onun əslində tarlada işləyən zəhmətkeşlərin özünü rahat hiss etməsi üçün tikildiyini deyə bilərik. Bu gün isə kombinezonlar müasir qadının yay qarderobunun əsas hissini təşkil edir.

Publika.az-ın dəb bölməsi xəbər verir ki, bu mövsüm böyük və kiçik moda evləri kombinezonların ən müxtəlif versiyalarını təqdim ediblər.

Bu yay qısa kombinezonlar xüsusi ilə aktualdır. Belələri, əsasən, yay üçün nəzərdə tutulub. Onları gedəcəyiniz məkandan asılı olaraq, stiletto, klatç çanta, yastıdaban səndəl və ya baletkalarla tamamlaya bilərsiniz.

Dünya ulduzları da bu dəbə laqeyd qalmayıblar. Onlar son vaxtlarda qırmızı xalı mərasimlərində donları dəbli kombinezonla əvəz edirlər. İstirahətə, səfərə yollananda isə nazik materialdan tikilmiş naxışlı, güllü qısa kombinezonlara üstünlük verirlər.

Gündəlik isə kombinezonu səndəl və ya baletka, iri bijuteriya ilə tamamlamaq məqsədəuyğundur. Axşam üçün nəzərdə tutulmuş klassik ağ, qara rənglərdə kombinezonları hündürdaban ayaqqabı, zinət əşyaları ilə tamamlamalısınız.

Cins parçadan tikilən kombinezonlar xüsusilə aktualdır. 90-cı illərin kombinezonları yeni formada işlənib təqdim olunur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm