Millimizin sabiq futbolçusu klub prezidenti oldu
Bizi izləyin

İdman

Millimizin sabiq futbolçusu klub prezidenti oldu

Namiq Məstanovun gedişindən sonra "Turan Tovuz"un prezident postu boş qalmışdı.

Publika.az Rekord.az-a istinadən xəbər verir ki, bu postun yeni sahibi məlumdur.

"Turan"ın, eyni zamanda millimizin sabiq futbolçusu Nadir Nəbiyev Tovuz təmsilçisinin yeni prezidenti təyin olunub. Yaxın günlərdə yeni baş məşqçinin də kimliyinə aydınlıq gələcək.

Qeyd edək ki, Nadir Nəbiyev karyerası ərzində "Turan", "Neftçi", "Xəzər Lənkəran" və "Standard"da çıxış edib, milli komandamızda 27 oyun keçirərək 3 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm