117 yaşlı qocanın 5 yaşlı uşağı - FOTO
Bizi izləyin

Dünya

117 yaşlı qocanın 5 yaşlı uşağı - FOTO

Livanın 117 yaşlı sakini, bir əsri adlamış Süleyman Məhəmməd əl-Mel uzunömürlü olmasının sirrini daim gülümsəməsində, insan sevgisi və özünə qulluq etməsində görür.

Publika.az xarici mətbuata istinadən bildirir ki, 117 yaşlı qocanın 13 övladı var. Onun ən böyük övladının 86, ən kiçik övladının isə 5 yaşı var. Onun böyük övladı dünyasını dəyişmiş birinci həyat yoldaşından dünyaya gəlib. Süleyman Məhəmməd əl-Melin birinci həyat yoldaşından 3-ü qız, 5-I oğlan olmaqla 8, ikinci xanımından isə kiçiyi 5 yaşında olmaqla 2 qız və 3 oğlu var.

Maddi çətinliklərlə qarşılaşmış qoca “Ölkəmdə mənə lazımi diqqət ayırılmır, əgər başqa ölkədə yaşasaydım yardım və dəstək ala bilərdim” – deyir. Həyatı boyunca heç bir düşməni olmadığını deyən Livan sakini İslamda onun üçün məzhəb ayrılığının olmadığını vurğulayıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm