Mənim müğənni sevgilim
Bizi izləyin

Yazarlar

Mənim müğənni sevgilim

Bir gün Facebook profilimə bir xanımdan dostluq gəlmişdi. Sevincək qəbul etdim. Yazdım ki, tanışıq? Dedi ki, Oğuz adından xoşum gəlir. Elə ona görə də sizə dostluq atdım.

Bir neçə gün bu profildən yazışmağa başladıq. Qızın adı Aysel idi. Bir gün də yazdı ki, bəs belə olmaz, telefon nömrəni yaz danışaq. Gizli nömrədən zəng edirdi. Günlərcə danışırdıq. Adamı özünə çəkən səs tonu vardı. Dedi ki, Oğuz, mənim adım Aysel deyil, mən müğənni filankəsəm. Adını açıqlaya bilməyəcəm, amma tanınmış müğənni idi. Təbii ki, inanmadım. Qardaşıma, bacıma əhvalatı danışdım. Güldülər. “Keçmiş sevgililərindən biridir” – deyə qardaşım dilləndi. Bacım da gülə-gülə inanmadığını göstərirdi. Əsəbləşib Facebook da yazdım ki, sənin filankəs olduğuna inamıram. Yazdı ki, nə olar ki, gələrsən, görərsən. Filan vaxtı, filan yerdə gözlə gələcəm, bahalı markalı maşının yanında durarsan.

Razılaşdım. Səhəri gün geyinib-keçinib yolandım qızın dediyi ünvana. Gözlərimə inana bilmirdim. Həmin avtomobil qız dediyi yerdə dayanmışdı. Ətrafa göz gəzdirdim. Arxadan qızın səsini duydum. Dönüb baxada gözüm kəlləmə çıxdı. Bu da həmin müğənni. Məgər həqiqətən o imiş. Eynəyimi çıxardıb bir də baxdım. Yüksəkdən güldü.

-Hə, gördün? İnandın indi?

Suallar verir, həm də qımışırdı. Dedi, əyləş maşına, gəzək. İlk dəfə həyatımda belə bir bahalı maşınına minirdim. Hansısa gözdən uzaq bir küçədə maşını saxladı.

-Hə, danış - dedi. - Nə “sipmaticni” oğlansan.

Nə başınızı ağrıdım, bu qız məndə heç bir hiss yaratmadı. Düzdü, əndamlı, gözəl, varlı, üstəlik də məşhur adam idi. Zərrə qədər də ona qarşı sevgi duya bilmədim.

Sevgili olduq, tez-tez görüşdük. Onun maşınında gəzdiyimiz küçələr mənə çox qəribə, tanınmamış yerlər kimi gəlirdi. Arada öz mahnılarından oxuyurdu. Səsi yaxşı idi, məni haralarasa dartıb aparırdı. Ancaq yuxarıda da qeyd etdiyim kimi, onunla sevgili ola bilməyəkdim. Mən kasıb, o varlı. Ayrılan yollar heç vaxt qovuşmur axı.

Müğənni qızımız bir gün dedi ki, gəl evlənək. Hər şey mənlikdi. Evim, maşınım var. “Bal ayını” da Avropada keçirdərik. Dedim, evlənmək fikrim-zad yoxdu.

- Yox ee, evlənməliyik.

Qızımız çox and-aman elədi, amma məni öz toruna sala bilmədi...

Bir şey yadımdan çıxdı: onunla görüşəndə əlində fotoaparat ağacın arxasında gizlənən bir adam gördüm.

- O kimdi?

- Şou-biznes jurnalistdir. – gülə-gülə cavab verdi.

Bilmirəm, o qardaş bizim fotomuzu çəkə bildi, ya yox. Ancaq mənim üçün çox maraqlıdır, görəsən bu gün o müğənni məni xatırlayırmı?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm