Sinə dekoltesini vurğulayan boyunbağılar – FOTOLAR
Bizi izləyin

Layihə

Sinə dekoltesini vurğulayan boyunbağılar – FOTOLAR

Qiymətindən asılı olmayaraq, zərgərlik məmulatları və ya adi bijüteriyalar geyimi tamamlayır. Muncuqlardan və ya təbii daşlardan hazırlanan dəbdəbəli boyunbağılar, zəncirlər və digər bu kimi aksessuarlar qadın gözəlliyini və individuallığını vurğulamaq üçün yaradılıb.

Publika.az-ın "Moda inqilabları" layihəsi çərçivəsində bu dəfə sinə dekoltesinə uyğun olan boyunbağı seçməyin qaydalarını izah etmişik.

Biz xanımlar təzə paltar almadan ona uyğun aksessuarlar üzərində düşünməyə başlayırıq. Təəssüf ki, xanımların bəziləri aksessuarlardan düzgün istifadə qaydalarını bilmir. Həmin qaydalardan biri budur ki, boyunbağının modelinə köynəyin və ya donun yaxasına görə qərar vermək lazımdır. Bəzi hallarda isə boyun bəzəklərindən ümumiyyətlə imtina etmək daha yaxşıdır.

Paltara uyğun seçilmiş bəzək əşyaları qadın bədən quruluşunu daha incə göstərə, qüsurları gizləyə bilər. Qəşəng görünmək üçün isə bütün zinət əşyalarını birlikdə taxmaq doğru deyil.

Uğurlu bəzək əşyası seçərkən, sadəcə, "tarazlıq" qaydalarına əməl etməlisiniz. Məsələn, aşağıdakı modellərlə boyunbağı taxmaq məsləhət deyil.

Assimetrik yaxalıqla

Körpücük sümüyünün ancaq bir tərəfi örtülmüş paltar ilə

Yaxalığında bant, lent və bu kimi nəzərə çarpacaq bəzək əşyaları olanlarla

Qayıqvari dekolte üçün boyunbağı

Qayıq formasında köynək və donlar bir neçə boyunbağı ilə uzlaşırlar. Uzun boyunbağı, orta uzunluqda və ya boynu "qucaqlayan" boyunbağılar bu cür dekolte ilə yaxşı görünürlər. İmkan daxilində kulonları dekolte xəttində dayanan bəzəklərdən uzaq durun.

Колье для выреза в форме лодочки

"U" formasında dekolte

Yaxalığı "U" formasında olan paltarlar üçün bəzək əşyalarını dekoltenin dərinliyindən asılı olaraq seçmək lazımdır. Belə paltarlar iki növ - ya yarımdairəvi zərgərlik məmulatları, ya da vizual olaraq köynəyin yaxalığına bənzəyən boyunbağılarla yaraşır. Onu da unutmayın ki, boyunbağı dekoltedən aşağı olmamaldır.

Колье для U-образного выреза

"V" dekoltesi

Belə paltarlar üçün üçkünc formanı xatırladan kulonlar və sırğalar lazımdır. Dekolte formasını təkrarlayan kulon diqqəti sinədən yayındırır. Kokteyl donlar ilə daha yüngül boyunbağılar uyğun gəlir. Dərin sinə dekolteli ziyafət libasları ilə isə ağır bəzək əşyaları daşımağa dəyməz. Nazik gümüş və ya qızıl boyunbağı kifayət edir.

Dairəvi kulon da "V" dekoltesi ilə effektli görünür. Bu cür kulon geyimlə mükəmməl harmoniya yaradacaq.

Колье для V-образного выреза

Kvadrat formasında dekolte üçün boyunbağı

Bu cür köynəklə boyunbağı nə qədər sadə olsa, bir o qədər yaxşıdır. Mürəkkəb bəzək əşyaları bu yaxaya qətiyyən yaraşmır. Məsələn, qısa və boyuna tam oturan boyunbağı və ya ikiqat bəzək əşyaları, müxtəlif mirvarilər kvadrat formasında dekolte ilə yaxşı görünürlər. Boyunbağı dekoltedən aşağı olmalı və onu örtməməlidir.

Колье для квадратного выреза

Assimetrik sinə dekoltesi üçün boyunbağı

Assimetrik dekoltesi olan paltarlar hər hansı boyunbağı, mirvari və bu kimi digər əşyaları rədd edirlər. Belə geyimlər özü kifayət qədər diqqət cəlb etdiyindən bər-bəzəyi qəbul etmirlər. Bu halda üstünlüyü qolbaq və üzük dəstlərinə vermək lazımdır.

Колье для ассиметричного выреза

Açıq çiyinlər üçün boyunbağı

Açıq çiyinli paltarlar istənilən boyunbağını taxmağa imkan verən universal geyimdir. Habelə, dairəvi formalı bəzək əşyaları çox uğurlu seçim hesab olunur. Bu cür boyunbağılar diqqəti sinədən yayındıracaq, boynu vurğulayacaq.

Колье для платья без бретелей

Hər hansı bəzək əşyası seçərkən unutmayın ki, minimal sayda bəzək və aksessuarlar – daha yaxşı zövqün əlamətidir. Ona görə də bəzək əşyası seçərkən müvafiq sayda olmasına fikir verin. Əgər geyiminiz çox təmtəraqlıdırsa, bu halda zinət əşyaları və aksessuarlardan çox az istifadə etmək tövsiyə olunur. Gündəlik geyimi 3 bəzək əşyası ilə məhdudlaşdırmalısınız. Ziyafət paltarlarında da say eynidir. Lakin daha bahalı zinət əşyalarına üstünlük verməlisiniz.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm