Azərbaycanlı iş adamı separatçıların əlinə düşməmək üçün özünü güllələdi
Bizi izləyin

Hadisə

Azərbaycanlı iş adamı separatçıların əlinə düşməmək üçün özünü güllələdi

Ukraynanın Donetsk vilayəti ərazisində azərbaycanlı iş adamı silahlı separatçılarla atışmada yaralanıb və ölüb. Donetsk vilayəti Azərbaycanlılar Konqresindən verilən məlumata görə, bu şəxs Ukrayna vətəndaşı, 1975-ci il təvəllüdlü Vahid Babayevdir.

V. Babayev Donetskin İlovaysk şəhərində bir qrup silahlı separatçı ilə qarşılaşıb. Silahlıların onu girov götürmək cəhdinə müqavimət göstərən iş adamı ilə quldurlar arasında atışma baş verib. V. Babayev ağır yaralanıb və quldurların mühasirəsində qalaraq onların əlinə düşməmək üçün şəxsi silahı ilə özünü öldürüb. Onun meyiti təxminən 10 gün separatçıların nəzarətindəki ərazidə qalıb. Donetskdəki azərbaycanlıların və Ukrayna tərəfinin apardığı danışıqlar nəticəsində meyiti çıxarmaq mümkün olub. V. Babayev doğulduğu Odessa şəhərində dəfn edilib.

Qeyd edək ki, Vahid Babayevin atası mingəçevirlidir. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm