“Amerikalıları öldürmək üçün tələsirdim” – İŞİD-in ingilis döyüşçüsündən ŞOK ETİRAF
Bizi izləyin

Dünya

“Amerikalıları öldürmək üçün tələsirdim” – İŞİD-in ingilis döyüşçüsündən ŞOK ETİRAF

İngiltərə vətəndaşı olan keçmiş İŞİD üzvü terror təşkilatından ayrıldıqdan sonra “truthaboutisis.com” adlı sayt yaradıb.

Publika.az “İndependent” qəzetinə istinadən xəbər verir ki, İŞİD-lə əlaqədar detalların yer aldığı sayt terror təşkilatına qarşı virtual məkanda mübarizə aparacaq.

“Independent” qəzetinin yazdığına görə, saytın əsas məqsədlərdən biri Qərb ölkələrindən İŞİD-ə yüksək axının qarşısını almaq və İŞİD-lə bağlı həqiqətlərin çatdırılmasıdır. Adını vermək istəməyən keçmiş İŞİD üzvü sayt yaradılması üçün dövlətdən hər hansı bir dəstək və ya pul almadığını bildirib.

Təşkilat daxilində gördüklərini danışan keçmiş İŞİD üzvü ayrı-seçkiliyin olduğunu, müsəlman ərəblərin, pakistanlı və digər ölkələrdən gələn müsəlmanlardan daha yüksək mövqe tutduğunu deyib.

O, İŞİD tərkibində çoxlu sayda uşağın döyüşdüyünü və onlardan kamikadze kimi istifadə edildiyini deyib. Əvvəllər amerikalıları öldürmək üçün tələsdiyini söyləyən keçmiş İŞİD üzvü təşkilat daxilindəki vəziyyəti görəndən sonra bunu unutğunu və qaçdığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm