Hadisə
Bakıda gecə baş vermiş qətlin TƏFƏRRÜATI - YENİLƏNİR - FOTOLAR
Bakıda baş vermiş atışmanın təfərrüatları məlum olub.
Milli.Az Nizami rayon Polis İdarəsindən əldə etdi ki, qanlı hadisə qız üstündə olub. Tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb.
***
AzNews.az məlumatı dəqiqləşdirmək üçün Baş Prokurorluğun
mətbuat xidmətinin rəhbəri Eldar Sulatnovla əlaqə
saxlayıb.
Eldar Sultanov baş vermiş hadisə ilə bağlı Nizami Rayon
Prokurorluğunda cinayət işinin başlandığını, eyni zamanda iş üzrə
müvafiq ekspertizaların təyin edildiyini bildirib.
Eldar Sultanov əlavə olaraq bildirib ki, İbrahimov Nadir idarə
etdiyi “Lexus” markalı 90 SF 333 dövlət qeydiyyatlı nömrə nişanlı
maşınla qara rəngli 10 VM 006 nömrə nişanlı “Lexus” markalı maşını
idarə edən Həsənov Rövşənlə Nizami Rayonunda görüşüb. Bu zaman
Rövşən Həsənov üstündə gəzdirdiyi “makarov” markalı tapancadan
İbrahimov Nadirə 8 güllə atıb.
İbrahimov Nadir 1 saylı Kiliniki Tibbi Mərkəzə çatdırılsa da, dünyasını dəyişib.
***
Bu gecə saat 3 radələrində Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib.
AzNews.az xəbər verir ki, qara rəngli 10 VM 006 nömrə nişanlı
“Lexus” markalı maşını idarə edən şəxs markası hələlik bilinməyən
maşının (nömrəsi -333) sürücüsünü güllələyib. 8 güllə yarası alan
şəxs hadisə yerində keçinib.
Güllə səslərinə gələn Post Patrul Xidmətinin əməkdaşları hadisə
yerindən qaçmağa başlayan sürücünü təqib etməyə başlayıblar. O,
Sabunçu ərazisində idarəetməni itirərək, “Chevrolet” markalı maşına
çırpılıb və avtomobilini aşırıb. Əldə etdiyimiz məlumata görə,
“Lexus”un sürücüsü ağır yaralandığı üçün 1 saylı Kiliniki Tibbi
Mərkəzə (Semaşka) yerləşdirlib. Xəstəxanadan bildirilib ki,
sürücünün vəziyyəti ağırdır.
AzNews.az-a verilən məlumata görə, qəza törədən sürücünün polis
işçisi olduğu deyilir.
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi