Kliçko “Pyotr Poroşenkonun Bloku”na sədr seçildi
Bizi izləyin

Dünya

Kliçko “Pyotr Poroşenkonun Bloku”na sədr seçildi

Kiyevin meri Vitali Kliçko “Həmrəylik” Partiyasının (“Pyotr Poroşenkonun Bloku”) sədri seçilib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna “Unian” agentliyi bildirib.

“Həmrəylik” Partiyası 2014-cü ilin avqustunda - parlament seçkilərinə az qalmış adını “Pyotr Poroşenkonun Bloku” (BPP) ilə dəyişdirib. Həmin vaxt partiyanın keçmiş sədri Yuri Lısenko bildirmişdi ki, bu UDAR (Vitali Kliçkonun partiyası), “Batkivşina” (Yuliya Timoşenkonun partiyası) və digər demokratik güclərin birləşməsi üçün əsasdır.

Avqustun 26-da Ukraynanın bir neçə internet resursunda hakimiyyətin konfiqurasiyasının prinsipial dəyişikliyi haqqında informasiyalar çıxdı. KİV öz mənbələrinə istinadən “Pyotr Poroşenkonun Bloku”, UDAR və baş naziri Arseni Yasenyukun lideri olduğu “Xalq cəbhəsi”nin yaxın gələcəkdə birləşəcəyi barədə xəbər yaydı. Yalnız yerli seçkilərdə deyil, həm də parlament seçkilərində vahid seçki siyahılarının hazırlanmasından söhbət gedir.

Qeyd olunur ki, partiyaların birləşməsi prezident Pyotr Poroşenkoya Ukraynanı nəzarət altına almağa imkan verəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm